Sergey Rebrov: "Qələbəyə layiq idik"

20:25 - 21 İyun 2024

Ukrayna milli komandası Avro-2024-ün E qrupunun ikinci turunda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Sergey Rebrov oyundan sonra açıqlama verib. 40 yaşlı mütəxəssis layiqli qələbə qazandıqlarını bildirib:

"Oyunçularıma görə çox xoşbəxtəm. Yaxşı oynadıq, amma bəzi səhvlər etdik. Bu gün qol buraxandan sonra yaxşı reaksiya verdik. Ukrayna xalqı üçün çox gözəl hisslərdir. Ən vacib olan odur ki, ruhumuzu göstərdik. Bu gün qələbəyə layiq idik, ürəkdən oynadıq".

Xəbər xətti