"Zirə"nin kapitanı: "Şerif" güclü olsa da, bizim də məqsədimiz var"

13:34 - 20 İyun 2024

"Zirə" Avropa Liqasının ikinci təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq. Qəsəbə təmsilçisinin kapitanı Qismət Alıyev Sportal.az saytına açıqlamasında püşkatma ilə bağlı danışıb.

O, komandasının Tiraspol klubu ilə oyunlardakı şanslarından söhbət açıb:

"Əslində, potensial rəqiblərin hamısı yaxşı komandalar idi. Püşkatma bəxtimizə “Şerif”i çıxardı.  Hansı komanda düşsəydi də, biz oynayacaqdıq. “Şerif” barədə həmişə eşitmişik. Bu komanda “Qarabağ”la bir neçə dəfə üz-üzə gəlib. Bu komandanın avrokuboklarda böyük təcrübəsi var. Qruplarda da çıxış ediblər. Yəni, “Şerif” barədə geniş nəsə deməyə ehtiyac yoxdur. Güclü rəqiblə oynayacağıq. “Zirə” olaraq bizim də məqsədlərimiz var. “Şerif” yaxşı və güclü komanda olsa da, hər iki görüşdə ən yaxşısını etməyə çalışacağıq. Allah qoysa, hər şey yaxşı alınar”. 

Qeyd edək ki, komandalar arasında oyunlar iyulun 11-i və 17-i aralığında keçiriləcək.

Xəbər xətti