"Fənərbaxça" klubla müqaviləsi başa çatan Mert Hakan Yandaşla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, türk İstanbul təmsilçisində qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Mert Hakan Yandaş 2020-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. Təcrübəli oyunçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi