Braziliya millisinin və "Barselona"nın 58 yaşlı sabiq hücumçusu Romario açıqlaması ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan braziliyalı futbolçuları sərt tənqid edib:
"Düşünürəm ki, bu gün meydanda daha uğurlu olaram. Çünki müasir futbolçular çox axmaqdır, çox qaçırlar. Mənim vaxtımda da yaxşı fiziki formaya ehtiyac var idi. Lakin oyunçular daha texnikalı və ağıllı idilər. Əminəm ki, indiki dövrdə 2000-dən çox qol vurardım”.
Xatırladaq ki, Romario karyerası ərzində klub səviyyəsində bütün turnirlərdə 300 matçda iştirak edib 225 qol vurub, 36 məhsuldar ötürmə edib. Romario “Vasko da Qama”, PSV, “Barselona”, “Flamenqo”, “Valensiya”, “Fluminense”, “Əl-Sadd”, “Mayami” klublarında oynayıb. O, Braziliya millisində 70 matça çıxıb və 55 qol vurub.
saytlarin hazirlanmasi