"Yeni mövsümlə bağlı danışmaq hələ ki, mənim üçün tezdir. Mövsüm bitdikdən sonra təbii ki, müqavilə ilə məxsus olduğum "Sabah"a qayıdacam. Sonrasını isə zaman göstərəcək".
Bu sözləri Sportal.az saytına açıqlamasında Abdulla Rzayev deyib.
"Araz-Naxçıvan"da icarə əsasında çıxış edən müdafiəçi müqavilə ilə məxsus olduğu "Sabah"ın düşərgəsinə qayıdacağını bildirib. U-21 yığmamızın üzvü mövsümə harada başlayacağı ilə bağlı dəqiq məlumat olmadığını söyləyib:
"Öz oyunum haqda danışmağı xoşlamıram. Amma çalışıram ki, məşqçilərin verdiyi tapşırıqları maksimum yerinə yetirərək komandaya kömək edim. "Araz-Naxçıvan"da da buna çalışdım. Yeni mövsümə harada başlayacağıma gəldikdə, xeyirlisi nədirsə, o da olar. Zaman göstərəcək".
saytlarin hazirlanmasi