Polşa millisinin baş məşqçisi Mixal Probej “Barselona”nın hücumçusu Robert Levandovskinin yüksək performans nümayiş etdirməsi üçün lazımi oyun şəraiti yaratmadığına görə tənqid edib.
Sportal.az xəbər verir ki, “TVP Sport”a açıqlamasında bunları deyib:
"Barselona” Levandovskiyə kömək etmədi. O, tez-tez zərbə mövqeyinə çıxır, lakin top ona çatmır. Robert “Barsa”nın bombardiridir. Son matçda, nəhayət, topu düz mərkəzdə qəbul edərkən çox gözəl qol vurdu. Son iki il ərzində “Barselona” fəlakətli vəziyyətdə idi, yalnız Robert komandanı yüksəltməyə çalışan oyunçu oldu. “Barselona” titullar uğrunda mübarizədən kənarda qaldı və onun Levandovskinin də əhval-ruhiyyəsi aşağı düşdü".
Xatırladaq ki, bu mövsüm Levandovski bütün turnirlərdə 48 matçda iştirak edib, 25 qol vurub və 9 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi