“Neftçi” “Turan Tovuz”un heyətində çıxış edən İsmayıl Zülfüqarlı ilə bağlı qərar qəbul edib.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” Tovuz klubunda oynayan futbolçunu geri qaytarmaq niyyətindədir.
Belə ki, onun performansı “Neftçi”nin məşqçilər korpusunun etimadını qazanıb və ona görə də Zülfüqarlı yeni mövsüm üçün hazırlıqlara cəlb ediləcək. Böyük ehtimalla futbolçu yeni sezonda da “Neftçi”də oynayacaq.
İsmayıl “Neftçi” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi