"Nitsa" Braziliya millisinin sabiq müdafiəçisi Danteni komandada saxlayacaq.
Sportal.az xəbər verir ki, Fransa təmsilçisi 40 yaşlı futbolçunun müqavilə müddətini artırıb.
O, növbəti mövsümü də "Nitsa"da keçirəcək.
2016-cı ildən “Nitsa”da forma geyinən Dante daha əvvəl “Volfsburq”, “Bayern” və “Borussiya” (Münhenqladbax) kimi klubların şərəfini qoruyub.
"Yuventude" "Lill", "Şarlerua", "Standart"(Liej), "Borussiya"(Münhenqladbax), "Bavariya", "Volfsburq" klublarında oynamış Dante 2016-cı ildən "Nitsa"nın formasını geyinir. O, Braziliya millisinin heyətində 13 görüşə çıxıb, 2 qol vurub.
saytlarin hazirlanmasi