"Qarabağ"ın qapıçısı Premyer Liqanın daha bir klubunun transfer siyahısına daxil edildi

09:49 - 23 May 2024

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın daha bir komandasının maraq dairəsinə düşüb.

Sportal.az “Matç TV”yə istinadən xəbər verir ki, bu mövsüm Rusiya birinci divizionunda mübarizə aparan və 2025/2026 mövsümündən Premyer Liqaya qayıdan "Ximki" “Qarabağ”ın qolkiperini transfer siyahısına daxil edib.

O, Rusiya klubunun transfer etmək istədiyi dörd qapıçıdan biridir. Daha əvvəl isə Rusiya mətbuatı Andreyin "Zenit" və "Dinamo”nun maraq dairəsində olması haqda yazmışdı.

Xatırladaq ki, Lunyovun “Qarabağ”la müqaviləsi bu yay başa çatacaq. Tərəflərin yaxın vaxtlarda iki illik müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti