Azərbaycanın U-21 yığmasının üzvü, “Araz-Naxçıvan”nın futbolçusu Ramin Nəsirli yenidən Latviyada oynaya bilər.
Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı yarımmüdafiəçinin xidmətində sabiq komandası “Dauqavpils” maraqlıdır.
“Araz-Naxçıvan” Nəsirlinin müqavilə müddətini bir illik artırmağı planlaşdırsa da, Latviya klubu da onu israrla heyətində görmək istəyir. Mövsümün son turu keçirildən sonra azərbaycanlı yarımmüdafiəçi yeni mövsümə harada başlayacağı ilə bağlı qərar qəbul edəcək.
Qeyd edək ki, “Dauqavpils” Latviya çempionatında 14 turdan sonra 27 xalla 3-cü pillədədir.