"Yuventus" yeni baş məşqçisinə 5 milyon avro ödəyəcək

16:34 - 23 May 2024

"Bolonya"nın baş məşqçisi Tyaqo Motta "Yuventus"u çalışdırmağa razı olub.

Sportal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis Turin klubu ilə 3 illik müqavilə imzalayacaq. O, bu klubda illik 5 milyon avro maaş alacaq.

“Qoca sinyora” Motta üçün “Bolonya”ya təzminat ödəməyəcək. Çünki onun hazırkı müqaviləsi iyunun 30-da başa çatacaq. Yaxın günlərdə Mottanın komandadan ayrılacağı ilə bağlı “Bolonya”nın prezidenti Joey Saputoya məlumat verəcəyi gözlənilir.
 

Xəbər xətti