"Lill"dən ayrılan Paulo Fonseka "Milan"ı çalışdırmağa yaxındır.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, artıq tərəflər 3 illik müqavilə barədə razılığa gəlib.
Bu müqaviləyə əsasən, Fonseka ildə 3 milyon avro qazanacaq.
"Milan" bundan öncə isə Stefano Pioli ilə müqaviləni pozmalıdır.
51 yaşlı mütəxəssis "Eştrela Amadora", "Aveş", "Pakoş Ferreyra", "Porto", "Braqa", "Şaxtyor"(Donetsk), "Roma" klublarını çalışdırıb.
saytlarin hazirlanmasi