Monteneqro millisinin üzvü: "Karyeramı "Neftçi"də davam etdirəcəm"

18:46 - 23 May 2024

“Neftçi”nin yaxın vaxtlarda heyətini monteneqrolu futbolçu ilə gücləndirəcəyi haqda xəbər vermişdik.

Sportal.az “Nacionale”yə istinadən xəbər verir ki, söhbət “Ballkani”dən ayrılan Edvin Kuçdan gedir.

O, məsələ haqda da danışıb: “Balkani”də hər şeyi qazanmışam. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram, amma indi getmək vaxtıdır. “Karyeramı Azərbaycanın “Neftçi” klubunda davam etdirəcəm”.

30 yaşlı yarımmüdafiəçi “Deçiç”, “Usti nad Labem”, “Mladost”, “Rudar”, “Balkani”, “Gjilani” klubunda oynayıb.

Xəbər xətti