“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışmağa yaxındır.
Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisə “Əl-Qadisiyyə” klubu ilə danışıqlar aparıb.
Portuqaliyalı yanvar ayından bəri işləmir. Təcrübəli mütəxəssis artıq klub rəhbərliyinin əsas nümayəndələri ilə mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib.
Qeyd edək ki, “Əl-Qadisiyyə”ni hazırda Miçel çalışdırır.