"Milan"ın hücumçusu Olivye Jiru millidəki karyerasına yekun vuracaq.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu özü bu barədə açıqlama yayıb.
Mövsüm başa çatan kimi "Milan"dan ayrılaraq "Los-Anceles" klubuna keçəcək Jiru AVRO-2024-dən sonra millidə bir daha oynamayacaq.
2011-ci ildən Fransa yığmasında oynayan Olivye 131 matçda 57 qol vurub.
saytlarin hazirlanmasi