"Zirə" yayda aparıcı oyunçuların əksəriyyəti ilə müqavilə müddətini artırmaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi komandanın kapitanı və əsas üzvlərindən Qismət Alıyevə də yeni müqavilə təklif edib.
Mövsüm başa çatdıqdan sonra tərəflərin yeni müqavilə imzalayacağı gözlənilir.
Alıyevin xidmətində maraqlı olan klubların sayı az deyil. Onun "Zirə"də qalmağa üstünlük verəcəyi gözlənilir.
"Qəbələ"nin yetirməsi olan 27 yaşlı futbolçu 2020-ci ildən "Zirə"də oynayır.
saytlarin hazirlanmasi