"Fənərbaxça" Türiyə Super Liqasının 38-ci - sonuncu turunda doğma meydanda "İstanbulspor"u qəbul edəcək.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" görüşə ciddi itkilərlə çıxacaq. 10 futbolçu müxtəlif səbəblərdən mövsümün son oyununda iştirak etməyəcək.
Aleksander Ciku, Mişi Batşuayi, Cayden Ostervolde, Mert Hakan Yandaş və İrfan Can Eyribayat cəzalı durumdadır. İrfan Can Kahveci, Cengiz Ünder, İsmail Yüksek, Serdar Aziz və rade Kruniç isə zədəlidir.
Qeyd edək ki, "Fənərbaxça" - "İstanbulspor" qarşılaşması 26 may tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi