Azərbaycan Premyer Liqasının 36-cı turunda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" mövsümün ən vacib oyununa böyük ehtimalla iki itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, “kimyaçılar” vərəqə cəzalısı olduğu üçün Elvin Bədəlovun xidmətindən yararlana bilməyəcək. Rövlan Muradovun isə meydana çıxması da sual altındadır. Zədəsini sağaldacağı təqdirdə, Muradov “Qəbələ”yə qarşı oynayacaq.
“Qəbələ”nin heyətində isə Ülvi İsgəndərov və Samuel Tette zədə səbəbindən bu matçda iştirak etməyəcək. “Qəbələ” - "Sumqayıt" bu gün Qəbələ şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi