Monteneqro millisinin üzvü: "Neftçi" hələ yanvarda mənimlə maraqlanmışdı"

10:18 - 25 May 2024

Bu yaxınlarda karyerasını "Neftçi"də davam etdirəcəyini açıqlayan "Balkani"nin monteneqrolu yarımmüdafiəçisi Edvin Kuç bakılıların sıralarına mümkün keçidin təfərrüatlarından danışıb.

Sportal.az xəbər verir ki, "KosovoPress"ə açıqlama verən yarımmüdafiəçi Bakı klubundan qışda təklif aldığını söyləyib:

"Neftçi" mənimlə hələ yanvarda maraqlanmışdı. Amma həmin vaxt qərara gəldik ki, oyunçu çatışmazlığımız olduğundan, yaya qədər "Balkani"da qalacam. Artıq klubla müqaviləm başa çatıb. Mən azad agent kimi "Neftçi"yə keçirəm".

30 yaşlı futbolçu "Deçiç", "Usti nad Labem", "Mladost", "Rudar", "Balkani", "Qjilani" klublarında oynayıb.

Xəbər xətti