Ukrayna Premyer Liqasında 30-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” səfərdə “Şaxtyor”la (Donetsk) qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Mustafayev meydana start heyətində çıxıb və sona qədər oynayıb. “Polesye” 50 xal toplayaraq 5-ci yeri tutub və Konfrans Liqasına vəsiqə qazanmağı bacardı.
saytlarin hazirlanmasi