"Bayer" Almaniya kubokunu qazanıb.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi finalda "Kayzerslautern"ə qalib gəlib. 16-cı dəqiqədə Qranit Caka dəqiq zərbə ilə qələbə qoluna imza atıb.

Belədə, Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv mövsümü "qızıl dubl"la başa vurub.