İngiltərə klubu Braziliya millisinin sabiq üzvünü transferə çıxardı

12:18 - 26 May 2024

"Aston Villa" Filipe Koutinyonu satmaq istəyir. 

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, Birmingem təmsilçisi Braziliya millisinin keçmiş üzvü ilə yollarını ayırmaq niyyətindədir. 

İngiltərə klubu futbolçunu 8 milyon funt-sterlinqə satacaq. “Aston Villa” Koutinyo üçün icarə təkliflərini nəzərdən keçirməyə hazırdır.

31 yaşlı futbolçu “İnter”, “Vasko da Qama”, “Espanyol”, “Liverpul”, “Barselona”, “Bavariya”, “Əl-Duhail” klublarında oynayıb.
 

Xəbər xətti