AFFA-nın milliyə cəlb etmək istədiyi futbolçu ən yaxşılar arasında

15:49 - 26 May 2024

Ukraynanın "Dnepr-1" klubunun üzvü Ramik Hacıyev ən yaxşılar arasında özünə yer edə bilib. 

Sportal.az xəbər verir ki, AFFA-nın Azərbaycan milli komandasına cəlb etməyi planlaşdırdığı həmyerlimiz Ukraynada aprel ayında 2005-2007-ci il təvəllüdlü futbolçular arasında ən yaxşılar arasına adını yazdırıb.

Hacıyev "qızıl istedad" layihəsinə görə ilk "beşliy"ə daxil olub.

AFFA həmyerlimizin U-21 yığmasına cəlb olunmasına çalışır. Qeyd edək ki, Hacıyev bir müddət əvvəl Sportal.az saytına açıqlamasında bunları demişdi: "Bəli, əslən azərbaycanlıyam. Həm anam, həm də atam oradandır. Sadəcə, iki yaşım olarkən ailəmlə birlikdə Azərbaycandan Ukraynaya gəlmişik". Futbolçu həmin vaxtı Azərbaycan, yoxsa Ukrayna yığmasına üstünlük verəcəyi ilə bağlı çox danışmaq istəməməsinə belə aydınlıq gətirmişdi: "Mən hələ ki, oynamalıyam. Oynamağa başlayandan sonra danışaram".

Xəbər xətti