Türkiyə millisinin qolkiperi: "Azərbaycanı məğlub etmək istəyirik"

13:34 - 26 May 2024

Türkiyənin qadınlardan ibarət futbol komandasının qapıçısı Fatma Şahin Millətlər Liqasının B1 qrupunda Azərbaycan yığması ilə Ərzincanda (31 may) keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. 

Sportal.az xəbər verir ki, TFF-yə açıqlama verən qolkiper qalib gəlmək istədiklərini söyləyib:

"Milli komanda tarixdə ilk dəfə Ərzincanda oynayacaq. Azərbaycanla oyunda gücümüz elə azarkeşlərimiz olacaq. Stadionun tribunalarının dolacağını gözləyirik. Komandamız çox yaxşı iş görür. Səkkiz rəsmi oyunda cəmi 4 qol buraxmışıq, 7 dəfə qalib gəlmişik və bir dəfə uduzmuşuq. Bu göstəricilər bizim düzgün yolda olduğumuzu göstərir. Arzularımız, məqsədlərimiz var. Azərbaycanı məğlub etmək və ilk qələbəni Ərzincanda qazanmaq istəyirik".
 

Xəbər xətti