"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubundan ayrıldıqdan sonra qayıtmağın mümkünlüyündən danışıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Barsa"da işləməyə hər zaman hazır olduğunu deyib:
"Nə vaxtsa "Barselona"ya qayıtmaq istəyərdim. "Barsa" mənim həyatımın klubudur. Bunu həmişə demişəm. Bu komandaya qayıtmağa hər zaman açığam. Mümkün olsa, qayıdacam".
Qeyd edək ki, Xavi mövsümün sonunda hazırkı klubundan ayrılacaq.
saytlarin hazirlanmasi