"Azərbaycan çempionatı çox maraqlıdır və Ukrayna Premyer Liqasından fərqlənir"

15:17 - 26 May 2024

"Klubda məni millidəki debütümə görə təbrik etdilər. Əlbəttə ki, səhvlərimi və yaxşı hərəkətlərimi göstərdilər. Bəli, millidə oynadıqdan sonra legioner hesab edilirəm. Amma klubla bu mövzu haqda danışmamışam. Onlar da mənə heç nə deməyim. Demək ki, heç bir problem yoxdur".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milllisinin və “Polesye”nin üzvü Emil Mustafayev deyib.

Millimizin futbolçusu yeni mövsümə hansı komandada başlayacağına qərar vermədiyini bildirib:

"İndi mövsümü başa vurub qarşımıza qoyulan vəzifəni yerinə yetirməyə çalışmalıydıq. Avrokuboklara yollandığımız üçün şadam. Daha sonra isə nələr olacağını görəcəyik. Azərbaycan çempionatı çox maraqlıdır və Ukrayna Premyer Liqasından fərqlənir. Azərbaycanda daha çox hücum futboluna, Ukraynada isə güc futboluna üstünlük verirlər".
 

Xəbər xətti