"Neftçi" Miodraq Bojoviçlə bağlı qərarını verib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi monteneqrolu mütəxəssislə yollarını ayırıb.
Onunla başa çatan müqavilə yenilənməyib. "Neftçi" Bojoviçə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Miodraq yanvarda Adrian Mutunun gedişindən sonra "Neftçi"də baş məşqçi postuna dəvət edilmişdi.
saytlarin hazirlanmasi