"Mançester Yunayted"in keçmiş futbolçusu Duayt York "qırmızı şeytanlar"ın hücumçusu Rasmus Hoylundun klubun əfsanəvi hücumçuları səviyyəsində olmadığını düşünür.
Sportal.az xəbər verir ki, trinidad və tabaqolu veteran hücumçu onu Mançester klubunun sabiq futbolçuları ilə müqayisə edib:
"Ueyn Runi, Ruud Van Nistelroy, Endi Koul, Mark Hyuz qarşısındakı qorxu rəqiblər üçün yox olub. İndi bizdə Rasmus Hoylund var. Hansı ki, həmin səviyyəyə yaxın belə düşə bilməz. İndi müdafiəçilər "Old Trafford"a sadəcə gəzinti üçün gedirlər. Əvvəllər isə heç vaxt belə olmamışdı. Runi, Ronaldo, bizim dövrümüzdəki hücumçular rəqib müdafiəçiləri üçün kabus idik. Mən Rasmusun mövsümündəki performansı 10 ballıq şkalada 5 qiymətləndirərdim. Hələ səxavətli davranıram. Amma hələlik yekun fikrim yoxdur, ona növbəti mövsümdə özünü göstərmək imkanı verməliyik".
York 1998-2002-ci illərdə "Mançester Yunayted"in formasını geyinib.
saytlarin hazirlanmasi