Polşa mətbuatı ölkə çempionatının 34-cü turunun "Stal"la oyununda (3:2) “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun çıxışını qiymətləndirib.
Sportal.az xəbər verir ki, “Łódzki Sport” portalı milli komandamızın üzvü haqda bunları yazıb:
"Levent Gülən Rahil Məmmədovla birlikdə “LKS Lodz”un qalibiyyəti əldən verməməsi üçün əllərindən gələni etdilər. Nə yaxşı ki, komandanın hücumçularının başqa planları var idi. Məmmədovun səhvləri və diqqətsizliyi “LKS Lodz”un qapısına iki qolla nəticələndi".
Xatırladırıq ki, son görüşdə Rahil Məmmədov bütün oyun meydanda olub.
saytlarin hazirlanmasi