"Zirə" müqavilə ilə "Şamaxı"ya məxsus olan Fuad Bayramov yeni mövsüm də komandada saxlamağı planlaşdırır. Sol cinah müdafiəçisi mövsümün əvvəlində məhz Birinci Liqa təmsilçisindən bir illik icarəyə götürülmüşdü və sezon sonunda "Şamaxı"ya geri qayıtmalı idi.
Sportal.az saytına verilən məlumata görə, komandanın baş məşqçisi Rəşad Sadıqov Bayramovu sərəncamında görmək niyyətindədir. 26 yaşlı futbolçunun icarə müqaviləsinə əlavə edilmiş bənd isə "Zirə"nin işini daha da asanlaşdırıb. Belə ki, qəsəbə təmsilçisi qarşı tərəfə müəyyən məbləğ ödəməklə Bayramovun transfer hüququna sahib çıxa bilər. Aldığımız məlumata görə, Premyer Liqanın gümüş mükafatçısı məhz həmin bənddən istifadə edəcək və “Şamaxı”ya təzminat ödəməklə futbolçu ilə uzunmüddətli müqavilə imzalayacaq.
Əlavə edək ki, Fuadın "Şamaxı" ilə müqaviləsi 2025-ci il iyunun 30-na kimi qüvvədədir.
saytlarin hazirlanmasi