Premyer Liqa klubları bosniyalını istəyir, yeni müqavilə təklif edildi

13:18 - 27 May 2024

"Araz-Naxçıvan"ın futbolçusu Miço Kuzmanoviç Azərbaycan Premyer Liqasında yarışan bir neçə klubun maraq dairəsinə düşüb.

Sportal.az saytına verilən məlumata görə, bosniyalı futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında “Səbail” və “Sumqayıt” da var. Hər iki komanda Kuzmanoviçin xidmətində maraqlıdır.

Lakin “Araz-Naxçıvan” özü də Miçoya yeni müqavilə təklif edib və hazırda danışıqlar davam edir. Onun hansı qərarı qəbul edəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-cü ildə Naxçıvan klubu ilə müqavilə imzalamışdı və o, 2024-cü il iyunun 30-na qədər bu komandaya məxsusdur. O, karyerası ərzində “Zvezda”, “Yaqodina”, “Boraç Banya Luka”, “Drina”, “Mladost”, “Sarayevo”, “Muskron”, “Rudar”, “Çelye”, “Tuzla Siti” klublarında oynayıb.
 

Xəbər xətti