"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Braziliya millisinin üzvü "Əl-Nəsr"lə danışıq aparır.
Ərəblər onun üçün yüksək məbləğ ödəməyə də hazırdır.
Futbolçu "Mançester Yunayted"də xoşbəxt olmadığı üçün klubunu dəyişmək barədə düşünür.
32 yaşlı futbolçu 2023/2024 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi