AFFA slovakiyalı məşqçi ilə razılıq əldə edə bilmədi

11:49 - 28 May 2024

AFFA bir müddətdir ki, millinin baş məşqçi postu üçün Vladimir Vayssla danışıq aparır.

Sportal.az saytına verilən məlumata görə, slovakiyalı mütəxəssislə razılıq əldə olunmayıb. Federasiya rəsmiləri 59 yaşlı mütəxəssisin əvvəllər Gürcüstan millisində çalışmasına və rus dilinə hakim olmasına görə onu yığma komandamıza baş məşqçi təyin etmək istəyirdi.

Lakin hələ ki, məlum olmayan səbəblərə görə slovakiyalı ilə razılıq əldə edilməyib.

AFFA-nın Vayssla danışıqlara davam ediləcəyi, yoxsa başqa məşqçi ilə danışıqlar aparılacağı isə yaxın günlərdə dəqiqləşəcək. 

O, "Petrjalka", "Saturn", "Kayrat" klubları ilə yanaşı, Slovakiya və Gürcüstan millilərində də işləyib. Vayss hazırda "Slovan"(Bratislav) klubuna rəhbərlik edir.

Xəbər xətti