"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen "Ayaks"a qayıtmağa yaxındır.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, Amsterdam klubu danimarkalı danışıqlara başlayıb.
"Ayaks" 32 yaşlı futbolçunun istədiyi maaşı ödəməyə hazırdır.
Eriksen daha əvvəl 2010-2013-cü illərdə Niderland nəhənginin formasını geyinib.
O, İngiltərə Premyer Liqasında başa çatan mövsümdə 22 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar asist edib.
saytlarin hazirlanmasi