"Mançester Siti" müdafiəçisini 23 milyon avroya satdı

13:34 - 28 May 2024

"Sauthempton" "Mançester Siti"dən Teylor Harvud-Bellisi transfer edib.

Sportal.az xəbər verir ki, "şəhərlilər" onun transferindən 23 milyon avro qazanıb.

22 yaşlı mərkəz müdafiəçisi əvvəllər icarə əsasında "Sauthempton"da çıxış edib.

Harvud-Bellis "şəhərlilər”in yetirməsidir. Lakin o, "Mançester Siti"nin əsas komandasında bir oyun belə keçirməyib. Xatırladaq ki, mövsümün sonunda "Sauthempton" Premyer Liqaya vəsiqə qazanıb. Teylor “Blekbern”, “Anderlext”, “Stok Siti” və “Bernli”də icarə əsasında oynayıb.
 

Xəbər xətti