"Qarabağ"ın futbolçusu Abbas Hüseynov Sportal.az saytına açıqlama verib. O, komandasının 2023/2024 mövsümündəki çempionluğunu şərh edib:
"Qarabağ"ın bir parçası olduğum üçün özümü xoşbəxt hiss edirəm. Növbəti çempionluğa görə də çox sevinirəm. Sona 8 tur qalmış çempion olduq. Bu cür davam edərək, növbəti mövsümdə də çempion olacağımıza inanıram. Allah qoysa, ÇL-də də yaxşı nəticələr göstərəcəyik. Biz vaxtından əvvəl çempion olsaq da, baş məşqçimiz bizi rahatlaşmağa imkan vermirdi. Çünki futbolda da zəif-güclü anlayışı qalmayıb, hamı futbol oynayır, nəticə qazana bilir. Bizim də uduzduğumuz, xal itirdiyimiz oyunlarımız az olmayıb.
İndiki dövrdə futbolda əsas olan istək və əzmkarlıqdır. Bunlar varsa, yaxşı nəticə verəcəksiniz. Qurban Qurbanov da bizə həmişə bizə deyir ki, əzmkar və istəkli olun, ürəkdən oynayın. Əgər ürəkdən oynayırsansa, artıq işləyib, artıq məşq edirsənsə, Allah da sənə yetirir".
"Qarabağ"ın futbolçusu iyunun 2-də ölkə kubokunun finalında "Zirə"yə qarşı keçirəcəkləri matç haqda fikirlərini söyləyib:
"Zirə” çox yaxşı formadadır. Lakin inanıram ki, qalib gələcəyik. Komandama inamım böyükdür. Amma belə də, final matçıdır, heç nə bilmək olmur. "Zirə"yə qalib gələrək "qızıl dubl" etməyi çox istəyirik".
saytlarin hazirlanmasi