Serxio Konseysao "Porto"nun baş məşqçisi postunu tərk etməyə hazırlaşır.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis müqaviləsində müvafiq bəndi aktivləşdirib.
Ona “Marsel”dən sərfəli təklif gəldiyi üçün bu addımı atıb.
Klub artıq yeni məşqçi axtarışına çıxıb. Konseysao rəsmi qərarını tezliklə açıqlayacaq.
49 yaşlı mütəxəssis “Olhananse”, “Akademika de Koimbra”, “Braqa”, “Vitoriya Gimarayeş”, “Nant”ı çalışdırdıqdan sonra 2017-ci ildə “Porto”ya baş məşqçi təyin edilmişdi.