“Qarabağ” Musa Qurbanlı üçün “Yurqorden”lə danışıqlar aparır.
Sportal.az xəbər verir ki, bu barədə “Fotbolldirekt” saytı məlumat yayıb.“Atlılar”ın ilk təklifi təxminən 2-3 milyon İsveç kronu (təxminən 320-485 min manat) olub.
Amma paytaxt klubunun rəhbərliyi bu təklifdən dərhal imtina edib. Çünki bu “Yurqorden”in Musa üçün istədiyi məbləğə yaxın da deyil.Tərəflərin Qurbanlını ilin sonuna qədər icarəyə götürmək hüququ ilə razılaşa bilərlər.
Lakin danışıqlar hələ o qədər irəliləməyib.Xatırladaq ki, hücumçu millimizin forvardı ötən yay “Qarabağ”dan “Yurqorden”ə keçmişdi və onun klubla müqavilə müddəti 2026-cı ilə qədərdir.
saytlarin hazirlanmasi