Fransalı forvard Antoni Marsial "Mançester Yunayted"dən ayrılacağını açıqlayıb.
Sportal.az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçu sosial şəbəkə hesabında yazıb:
"Əziz "Yunayted" azarkeşləri, bu gün vidalaşmaq üçün böyük həyəcanla sizə yazıram. Klubda keçirdiyim 9 inanılmaz ildən sonra karyeramın səhifəsini dəyişməyin vaxtı gəldi. Yeni çağırışlar öhdəsindən gəlmək üçün ayrılıram, amma mən həmişə “qırmızı şeytan” olacam və klubun nəticələrini eyni maraqla izləməyə davam edəcəm".
Fransız futbolçu 2015-ci ildə "Monako"dan “Mançester Yunayted"ə keçmişdi. 2022-ci ildə o, "Sevilya"da 6 ay icarəyə yollanmışdı. Ümumilikdə isə Marsial “Mançester Yunayted"in heyətində 317 oyun keçirib, 90 qol vurub və 47 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi