Niderland millisi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, “Atalanta”nın yarımmüdafiəçisi Martin de Ron 2024-cü il Avropa çempionatında milliyə kömək edə bilməyəcək. 

Futbolçu əzələ zədəsi səbəbindən turniri buraxmalı olacaq.

Komanda AVRO-2024-də Polşa, Avstriya və Fransa ilə D qrupunda mübarizə aparacaq.