Polşa mətbuatı "Yagelloniya"nın Çempionlar Liqasının yeni mövsümünün təsnifat mərhələsindəki potensial rəqiblərindən yazarkən, "Qarabağ"ı da xüsusi qeyd ediblər.
Sportal.az xəbər verir ki, "Polskie Radio 24" portalı Azərbaycan çempionunun təhlükəli rəqiblər sırasında qeyd edib:
"Yagelloniya” üçün çempionluq o deməkdir ki, komanda gələn mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində oynayacaq. Yarış ilk dəfə 36 komandanın iştirakı ilə yeni formatda keçiriləcək. Lakin bu, Polşa çempionunun vəziyyətini asanlaşdırmır. “Yaqa” 2-ci raunddan təsnifat mərhələsinə başlayacaq və orada artıq təhlükəli rəqiblə qarşılaşa bilər. Belostoklu komandanın potensial rəqibləri PAOK, “Makkabi” (Tel-Əviv), “Sparta” (Praqa), “Malmö”, “Bude-Qlimt” və ya APOEL kimi klublardır. Həmçinin, yarışa 1-ci mərhələdən başlayacaq klublardan "Ferentsvaroş”, “Qarabağ”, “Slovan”, “Ludoqorets” və “Helsinki” də Polşaya gələ bilər".
saytlarin hazirlanmasi