Belçika millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, Domeniko Tedesko siyahıya 25 futbolçuya ehtiyac duyub:
Qapıçılar: Koen Kastels (“Volfsburq”, Almaniya), Tomas Kaminski (“Luton Tovn”, İngiltərə), Natz Sels (“Nottinqem Forest”, İngiltərə);
Müdafiəçilər: Timoti Kastan (“Fulhem”, İngiltərə), Maksim De Kuyper (“Brügge”, Belçika), Vut Faes (“Lester”, İngiltərə), Tomas Menye (“Trabzonspor”, Türkiyə), Artur Teate (“Renn”, Fransa), Yan Vertongen, Zeno Debast (hər ikisi “Anderlext”), Aksel Vitsel (“Atletiko” Madrid, İspaniya);
Yarımmüdafiəçilər: Kevin De Bryune (“Mançester Siti”, İngiltərə), Orel Manqala (“Lion”, Fransa), Amadu Onana (“Everton”, İngiltərə), Yuri Tilemans (“Aston Villa”, İngiltərə), Artur Vermeren (“Atletiko” Madrid, İspaniya);
Hücumçular: Yohan Bakoyoko (PSV, Niderland), Yannik Karrasko (“Atletiko”, Madrid, İspaniya), Karles De Ketelare (“Atalanta”, İtaliya), Ceremi Doku (“Mançester Siti”, İngiltərə), Romelu Lukaku (“Roma”, İtaliya), Dodi Lukobakio (“Sevilya”, İspaniya), Leandro Reossar (“Arsenal”, İngiltərə).
Qeyd edək ki, Belçika millisi E qrupunda Rumıniya, Slovakiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi