Türkiyənin "Başakşehir" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, istanbul təmsilçisi Mahmut Tekdemirlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvünün mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Mahmut Tekdemir 2004-cü ildə "Başakşehir"in akademiyasına qoşulub. 36 yaşlı dayaq yarımmüdafiəçisi peşəkar karyerası ərzində yalnız bu klubda çıxış edib. Təcrübəli futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 500 rəsmi matçda 18 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi