Norveçli futbolçu "Fənərbaxça"dan ayrıldı

21:58 - 28 May 2024

Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Coşua Kinq İstanbul təmsilçisini tərk edib. Bu barədə norveçli vinger özü açıqlama verib.

32 yaşlı ön xətt oyunçusu Türkiyə klubu ilə mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Qeyd edək ki, Coşua Kinq 2022-ci ilin yayından "Fənərbaxça"da çıxış edirdi. Norveç millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti