"Neftçi"nin futbolçusu Avstraliya ilə oyun üçün milliyə dəvət edildi

14:34 - 29 May 2024

"Neftçi"nin futbolçusu Ataa Caber Fələstin millisinə dəvət edilib. 

Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. 

29 yaşlı yarımmüdafiəçi Fələstin millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsinin Livan və Avstraliya yığmalarına qarşı oyunlar üçün komandaya cəlb olunub.

Fələstin millisi iyunun 6-da Livan, beş gün sonra Avstraliya ilə qarşılaşacaq.

Xəbər xətti