Albaniya Futbol Federasiyası Lixtenşteyn (3 iyun) və Azərbaycan (7 iyun) ilə Sombatheydə (Macarıstan) keçirəcəkləri yoldaşlıq oyunlarında milli komandasına layiqli dəstək gözləyir.
Sportal.az "VAOL"a istinadən xəbər verir ki, Sombathey albanların çoxluq təşkil etdiyi Avstriya ilə həmsərhəddir.
Albaniya mətbuatının yaydığı məlumata görə, yerli federasiya millimizlə görüşdə 5000-ə qədər azarkeş dəstəyi gözləyir.
Azərbaycan - Albaniya oyunu Xaladaş İdman Kompleksinin stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi