Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ülvi İsgəndərov qarşıdakı 1 il ərzində komandamızın formasını geyinəcək.
Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasovla da müqavilə imzalayıb.
saytlarin hazirlanmasi