Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov 2023/2024 mövsümünü icarə əsasında keçirdiyi Türkiyənin "Hatayspor" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu yay tətilindən sonra 2025-ci ilin yayına kimi müqaviləsi olduğu İsveçrənin “Qrasshopper” klubuna qayıdacaq. Tərəflərin ilkin vəzifəsi İsveçrə klubuna növbəti mövsümdə Renata ehtiyacı olub-olmayacağını müəyyən etməkdir.
Məşqçilər korpusu onun xidmətindən imtina edərsə, o, icarəyə də yollanmaq üçün klub axtarışına çıxacaq. Millimizin hücumçusu özü “Qrasshopper”də qalmağı planlaşdırır.
saytlarin hazirlanmasi