Estoniya millisinin kapitanı Konstantin Vasilyev Millətlər Liqasının C1 qrupunun Azərbaycana qarşı keçiriləcək oyunlarında (11 oktyabr və 16 noyabr) iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, buna səbəb 39 yaşlı yarımmüdafiəçi milli karyerasını başa vurmasıdır.
Təcrübəli futbolçu bununla bağlı özü açıqlama verib.
2006-cı ildən Estoniya millisində oynamış Vasilyev 157 matça 26 qol vurub.
saytlarin hazirlanmasi