"Fənərbaxça" yeni mövsüm üçün transfer hazırlıqlarına başlayıb.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Seneqal millisinin və "Əl-Nəsr"in üzvü Sadio Maneni transfer etməyi planlaşdırır.
"Fənərbaxça"nın rəhbəri Ali Komun Maneni komandaya gətirmək üçün onunla şəxsən danışdığı bildirilir.
32 yaşlı futbolçunun transferi üçün 20 milyon avro tələb olunur.
Mane bu mövsüm 45 matçda 19 qol vurub, 11 asist edib. Onun "Əl-Nəsr"lə daha 2 illik müqaviləsi qüvvədədir.
saytlarin hazirlanmasi